Mobil versiya
"Azərbaycanla sərhəddə kartoqraflar işləyir" - Paşinyan
Tarix: 06-04-2023 | Saat: 12:06
Bölmə:Dünya | çapa göndər

"Azərbaycanla sərhəddə kartoqraflar işləyir" -

Ermənistanı Laçın dəhlizinə birləşdirən yeni Kornidzor-Teğ avtomobil yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın dəhlizinə gedən marşrutda dəyişiklik olacaq, bunun nəticəsində Laçın dəhlizinin 12 km-lik hissəsi mühafizə olunacaq. Ermənistan-Azərbaycan sərhədi Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürüləcək.

aia.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, aprelin 6-da hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanla sərhədin 7 km-də yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 km-də kartoqraflar işləyir.

"Ümid edirəm ki, yerləşmə məntəqələrinin tənzimlənməsi konstruktiv şəraitdə həyata keçiriləcək. Bu qeyri-sabit və qeyri-müəyyən qlobal mühitdə regional vəziyyəti partlatmaqda maraqlı olan qüvvələrə xərac verməmək üçün bizə güclü təmkin lazımdır. Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti yorulmadan sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir”, - deyə o vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025