Mobil versiya
Bakı Sağlamlıq Mərkəzində master-klassı və seminarı keçirilib -Fotolar
Tarix: 05-04-2023 | Saat: 21:06
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində master-klassı və seminarı keçirilib

aia.az xəbər verir ki, 5-6 aprel 2023-cü il tarixlərində Bakı Sağlamlıq Mərkəzində Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) Azərbaycanda 1-ci Uşaq Endoskopik Cərrahiyyə master-klassı və seminarı keçirilir. Mərkəzimizin İcraçı Direktoru Asiman Həsənov açılış nitqi ilə çıxış etdikdən sonra sözü Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) prezidenti Amulya Saxenaya verdi. Proqramın məqsədi xüsusən gənc nəslin uşaq cərrahlarının inkişafına davamlı dəstək verməkdir. Mərkəzimizin Uşaq cərrahiyyəsi şöbəsinin rəhbəri t.ü.f.d., Toğrul Ömərov, Dosent, Tibb üzrə fəlsəfə doktoru t.ü.f.d., Allahverdi Musayev, Uşaq Cərrahiyyəsi və Urologiyası Uzmanı Fuad Hüseynov, Uzm. Dr. Cavid Nağıyevin rəhbərliyi ilə baş tutmuş master-klassda ölkəmizin tanınmış uşaq cərrahları ilə yanaşı bir çox xarici həkimlərdə iştirak etmişdir. Orhan Ergun və Tutku Soyerdə xarici qonaqlarimiz siyahısında idi. Aprelin 5-də keçiriləcək master-klassda günümüzdə bu sahənin aktuallığı, Uşaq Endoskopik Cərrahiyyəsində yaranan problemlər və görülən işlərə dair mühazirələr aparıldı. Seminar boyunca həkimlər arasında müasir tibbin bu sahəsi ətrafında müzakirələr edilmiş və verilən suallar cavablandırılmışdır. Aprelin 6-da keçirilməsi planlaşdırılan seminar praktiki işlərə həsr olunacaq və iştirakçıların bacarıqlarını artırmaq üçün modellər üzrə təlimlər baş tutacaq. Bakı Sağlamlıq Mərkəzi müsair tibb sahəsində ölkəmizdə ilk dəfə keçirilən bu layihəyə ev sahibliyi etmişdir. Master-klassı və seminarın ilk günündən görüntüləri Sizlərə təqdim edirik.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024