Mobil versiya
Azərbaycan Türk dünyasında böyük nüfuz və hörmətə sahibdir!
Tarix: 27-03-2023 | Saat: 10:16
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Türk dünyasında böyük nüfuz və hörmətə sahibdir!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Zirvə toplantısı cənab Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə həyata keçirildi. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.Ümumilikdə Türk dünyasının birliyinin, bugünkü Türk Dövlətləri Təşkilatının özülünün qoyulmasında Azərbaycanın müstəsna xidmətləri var. Belə ki, bu il Türk Dövlətləri Təşkilatının növbəti Zirvə sammiti Şuşada keçirilməli idi. Lakin Möhtərəm Prezidentimiz cari ilin fevralın 6-da qardaş Türkiyədə baş verən ağır zəlzələyə görə, qardaş ölkəyə dəstək məqsədilə Türk Dövlətləri Təşkilatının fövqaladə Zirvə sammitinin keçirilməsi təklifi ilə üzv ölkələrə müraciət etdi və sözsüz ki, təklif yekdilliklə qəbul olunmuşdu. Görüş hər nə qədər fevralın 6-da Türkiyədə yaşanan dəhşətli zəlzələ ilə bağlı olsa da, Türk dövlətləri arasında əməkdaşlığın inkişafı haqda da mühüm məsələlər müzakirə olundu. Sammitdə türk dövlətlərinin liderləri çıxış edib. Ölkə başçısının Fövqəladə Zirvə görüşündə çıxışı isə xüsusilə diqqət çəkib. Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında yer alan fikirləri ölkəmizin XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən türk xalqlarının milli şüurunun oyanması prosesinə, özünəqayıdışına, ortaq dəyərlər, dil, tarix, mədəniyyət kimi mühüm amillər üzərindən qarşılıqlı əlaqələrinin genişlənməsinə verdiyi böyük töhfənin məntiqi davamı, yeni hədəflərin nişan verilməsidir.
Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə Görüşündə verdiyi ən önəmli mesajlardan biri də, şübhəsiz ki, türk dövlətlərinin sərhədlərindən kənarda yaşayan soydaşlarımızın problemləri, onların milli özünəməxsusluqlarının qorunması ilə bağlıdır. Bu, həm də Türk Dövlətləri Təşkilatının dünyanın dörd bir yanında, bu və ya digər dövlətlərin indiki sərhədləri daxilində, fəqət öz tarixi ata-baba yurdlarında, həmçinin xarici ölkələrdə yaşayan türklərin arxa-dayağına, güvənc yerinə çevrilməsi baxımından mühüm əhəmiyyətə malik bir mesajdır. Türk dövlətləri və TDT dünya türklərinin rəmzi Kəbəsinə çevrilməlidir. Yalnız bu halda, zalımın qarşısında, məzlumun yanında olan böyük türkün missiyası öz tarixi əhəmiyyətini yenidən bərpa edə bilər. Düşünürəm ki, bu xüsusda Azərbaycan Prezidentinin Zirvə Görüşündəki çıxışından iqtibas gətirmədən sözə davam etmək mümkün deyil. Cənab Prezident İlham Əliyev türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha geniş olduğunu deyir və bununla da türk xalqlarının öz tarixi sərhədlərinin haradan keçdiyini unutmadığını, heç zaman unutmayacağını bildirir və bəyan edir ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Bu qədər açıq və birmənalı. Heç kim yaxasını kənara çəkməsin. Çünki Türk Dövlətləri Təşkilatı dünyada yaşayan bütün türklərin təşkilatıdır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan bütün türklərin dövlətidir. Yalnız bu düşüncə və baxış bucağı ilə birliyimizi, təhlükəsizliyimizi və inkişafımızı əbədiyyətə qədər təmin edə bilərik.
Cənab Prezidentin çıxışının ən diqqətçəkən məqamı, şübhəsiz, onun Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir sözləri oldu. Bu ifadə geniş və dar mənada müxtəlif cür şərh edilə bilər. Cənab Prezident Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Ölkə başçısı Türk dünyası daha böyük coğrafiyanı əhatə edir deyərək, əslində, İraq türkmənlərini, Suriya türkmənlərini, Çindəki uyğurları, Rusiyadakı tatar, başqırd və digər türk etnoslarını nəzərdə tuta bilər. Bu həm də Türk Dövlətləri Təşkilatının vizyonunun genişliyindən xəbər verir. Cənab Prezident İlham Əliyev bildirdi ki, Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Prinsip etibarilə bu, cənab Prezidentin Türk Dövlətləri Təşkilatının bundan öncəki sammitində qeyd etdiyi Azərbaycan sərhədləri xaricindəki soydaşlarının taleyinə biganə qalmayacaq ifadəsinin məntiqi davamıdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2024