Mobil versiya
Bu şəxslər oruc tutmamalıdır
Tarix: 15-03-2023 | Saat: 18:00
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Bu şəxslər oruc tutmamalıdır

Ramazan ayında oruc tutmağın orqanizm, xüsusilə də həzm sistemi üçün çox böyük faydaları var. Dünyanın ən aparıcı elmi araşdırmaları da bunu təsdiq edir. Oruc tutan zaman bədəndə bərpa prosesi gedir. İnsan orqanizminin hüceyrələri yenilənir, orqanizm daha uzunömürlü olur.

aia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Qastroenteroloq bildirib ki, oruc tutmağın faydaları olsa da burada müəyyən nüanslar da nəzərə alınmalıdır. Belə ki, əgər pasiyent hansısa kəskin xəstəlikdən faktiki müalicə alırsa, mədə-onikibarmaq bağırsaq xorası, qaraciyərin hepatit xəstəliyi, öd daşı xəstəliyi, pankreatit kimi xəstəliklərdən əziyyət çəkirsə, oruc tutmaq xəstəliklərinin daha da kəskinləşməsinə gətirəcək.

Bəzi qrup insanlar var ki, onlara oruc tutmaq qətiyyən tövsiyə olunmur. Onlar hamilə qadınlar, südverən analar, onkoloji pasiyentlər, diabetli xəstələr, ürək damar xəstəliyindən əziyyət çəkənlər, aşağı təzyiqi olan insanlardır.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən martın 23-ü Ramazan ayının ilk günüdür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024