Mobil versiya
Çavuşoğlu yunan həmkarı ilə telefonda danışdı
Tarix: 14-03-2023 | Saat: 15:47
Bölmə:Dünya | çapa göndər

Çavuşoğlu yunan həmkarı ilə telefonda danışdı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Yunanıstan xarici işlər naziri Nikos Dendias arasında telefon danışığı olub.

aia.az xəbər verir ki, bu barədə nazir Dendias "Twitter" hesabında bildirib.

Telefon danışığı zamanı Türkiyə XİN başçısı həmkarına Tempidə qəzada həlak olanlardan birinin atasının Yunanıstana ekstradisiyası ilə bağlı qarşı tərəfin müraciətinin müsbət cavablandırıldığı barədə məlumat verib.

Xarici işlər naziri Nikos Dendias Türkiyənin müsbət və sürətli cavabına görə həmkarına təşəkkür edib. Qərar Türkiyənin ədliyyə naziri tərəfindən imzalanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024