Mobil versiya
16 yaşlı qızı ərə verən ailədən daha bir addım - TƏFƏRRÜAT
Tarix: 13-03-2023 | Saat: 17:41
Bölmə:Ölkə | çapa göndər

16 yaşlı qızı ərə verən ailədən daha bir addım -

Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi ilə bağlı yeni təfərrüat bəlli olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, ailə üzvləri iddiaları təkzib edərək ailənin digər övladının sənədini təqdim etməklə dövlət orqanlarına yanlış məlumat veriblər.

“Hazırda araşdırma davam etdirilir”, - açıqlamada qeyd olunur.

12:13

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

11:00

Azərbaycanda 16 yaşlı qız ərə verilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024