Ana Sayfa > Ölkə > 16 yaşlı qızı ərə verən ailədən daha bir addım -
16 yaşlı qızı ərə verən ailədən daha bir addım -13-03-2023, 17:41. Yazar: sevinc1 |
Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi ilə bağlı yeni təfərrüat bəlli olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, ailə üzvləri iddiaları təkzib edərək ailənin digər övladının sənədini təqdim etməklə dövlət orqanlarına yanlış məlumat veriblər. “Hazırda araşdırma davam etdirilir”, - açıqlamada qeyd olunur. 12:13 Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb: “Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”. 11:00 Azərbaycanda 16 yaşlı qız ərə verilib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq. aia.az Geri dön |