Mobil versiya
“İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün atdığı müsbət addımları görürük” - Kalın
Tarix: 10-03-2023 | Saat: 13:37
Bölmə:Dünya / Karusel | çapa göndər

“İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün atdığı müsbət addımları görürük” -

İsveç və Finlandiya NATO-ya daxil olmaqla bağlı tələb olunan üçtərəfli memorandumu həyata keçirmək üçün müsbət addımlar atırlar.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Bu, Quranın yandırılması və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər nəticəsində yaranan uzunmüddətli gərginlikdən sonra Ankaranın Stokholmun ünvanına səsləndirdiyi ilk müsbət fikirlər olub.

“Biz yalnız üçtərəfli razılaşmanın tam icrasını gözləyirik. Onlar bu istiqamətdə müsbət addımlar atırlar. Biz bu prosesi izləməyə davam edəcəyik”, - deyə Kalın vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024