Mobil versiya
Türkiyədən gələn nümayəndə heyəti ilə Bakı Sağlamlıq Mərkəzində görüş keçirilib -Fotolar
Tarix: 07-03-2023 | Saat: 23:27
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Türkiyədən gələn nümayəndə heyəti ilə  Bakı Sağlamlıq Mərkəzində görüş keçirilib

Bakı Sağlamlıq Mərkəzinin İcraçı Direktoru Dos. Dr. Asiman Həsənovun AĞ Parti Karaman Millət vəkili, Türk Dövlətləri Parlament Assambleyası Ekologiya və Təbii Sərvətlər Komissiyasının sədr müavini Dr. Rəcəb Şəkər ilə görüşü baş tutmuşdur. Hörmətli Dr. Rəcəb Şəkərə Mərkəzimizdə göstərilən tibbi xidmətləri ilə bağlı məlumat verilmiş və klinikamızın xidmət göstərən şöbələrinə baxış keçirilmişdir. Daha sonra, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim və Simulyasiya Mərkəzində görülmüş işlər barədə ətraflı məlumat verilmiş və universitetdə yaradılmış şəraitlə tanış edilmişdir. Dos. Dr. Asiman Həsənov kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunduğunu, mürəkkəb əməliyyatların aparıldığını vurğulayıb. Daha sonra, Dr. Recep Şəkər Azərbaycanda səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilməsi, səhiyyənin dünya standartları üzrə inkişafına və onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdən olduğunu vurğulayıb.
Sonda xatirə fotosu çəkildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024