Mobil versiya
Putin və İran prezidenti müzakirələr aparıb
Tarix: 06-03-2023 | Saat: 16:04
Bölmə:Dünya | çapa göndər

Putin və İran prezidenti müzakirələr aparıb


Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

aia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı dövlət başçıları Rusiya-İran münasibətlərinin hazırkı səviyyəsini və inkişaf dinamikasını qiymətləndiriblər. Putin və Rəisi ikitərəfli əlaqələrin, o cümlədən birgə infrastruktur layihələri sahəsində inkişafı müzakirə edib, həmçinin təmasları davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Putinlə Rəisi sonuncu dəfə yanvarın 11-də telefonla danışıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024