Mobil versiya
Rusiyada koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayı kəskin artdı
Tarix: 01-03-2023 | Saat: 09:34
Bölmə:Dünya | çapa göndər

Rusiyada koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayı kəskin artdı

Rusiyada koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayında kəskin artım müşahidə edilib.

Son 24 saat ərzində Rusiyada 9,7 min koronavirusa yoluxma halı qeydə alınıb, 35 xəstə ölüb.

Bu barədə Koronavirusla Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 2 053 nəfər təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə 161,2% artım deməkdir.

Rusiyanın 70 subyektində xəstəxanaya yerləşdirilənlərin sayı artıb.

COVID-19-a yeni yoluxma hallarının sayı 173 nəfər çoxalıb.

Ümumilikdə Rusiyada pandemiya zamanı 22 272 470 nəfərdə koronavirus müəyyən edilib, 396 100 nəfər ölüb, 21 614 852 nəfər sağalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024