Mobil versiya
Tarif Şurası 50 dərman vasitəsinin qiymətini təsdiqlədi
Tarix: 28-02-2023 | Saat: 18:00
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Tarif Şurası 50 dərman vasitəsinin qiymətini təsdiqlədi

Tarif (qiymət) Şurasının 28 fevral 2023-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

aia.az Tarif Şurasının Katibliyinə istinadən xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq edilmiş və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə