Mobil versiya
Qaxa bir metrə yaxın qar yağıb
Tarix: 24-02-2023 | Saat: 10:09
Bölmə:Ölkə | çapa göndər

Qaxa bir metrə yaxın qar yağıb

Qax rayonunun Sarıbaş kəndinə bir metrə yaxın qar yağıb.

Bu barədə “Report”un yerli bürosu xəbər verir.

Belə ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb.

Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir.

Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 santimetrə çatıb.

Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar kəndindən biri, Qaxın isə ən ucqarda yerləşən yaşayış məntəqəsidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024