Ana Sayfa > Ölkə > Qaxa bir metrə yaxın qar yağıb
Qaxa bir metrə yaxın qar yağıb24-02-2023, 10:09. Yazar: sevinc1 |
Qax rayonunun Sarıbaş kəndinə bir metrə yaxın qar yağıb. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Belə ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb. Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir. Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 santimetrə çatıb. Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar kəndindən biri, Qaxın isə ən ucqarda yerləşən yaşayış məntəqəsidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir. Geri dön |