Mobil versiya
Hərbi həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat icra edib
Tarix: 23-02-2023 | Saat: 17:14
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Hərbi həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat icra edib

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, qardaş ölkədə baş vermiş zəlzələdə zərərçəkənlərə yardım göstərən tibb heyətimiz tərəfindən növbəti 10 cərrahi əməliyyat uğurla icra olunub, həmçinin xəsarət alan 49 nəfər müayinə edilib.

Hərbi həkimlərimiz bu günədək ümumilikdə 71 cərrahi əməliyyat icra edib, 468 nəfərə isə ambulator yardım göstərib.

Qeyd edilib ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024