Xocalı şəhidlərimizin qanı yerdə qalmadı
Tarix: 23-02-2023 | Saat: 11:22
Bölmə:Özəl | çapa göndər
Xocalı soyqırımı Azərbaycan tarixində baş vermiş ən unudulmaz soyqırım olaraq yaddaşlarda qalıb. Fevralın 25-dən 26-na keçən gecə xalqımız bu dəhşətli faciənin qurbanı oldu. Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş dərəcədə qəddarlıqla divan tutdu. Neçə-neçə uşaq,qadın, qoca bu vəhşiliyin qarşısında aciz qaldı. İnsanlığa sığmayan üsullarla insanları qətlə yetirməkdən sanki zövq alırdılar.İnsanlar qorxularından qaçmağa çalışır, canlarını qurtarmağa cəhd edirdilər.
Hücum başladıqdan sonra şəhərdə 2500-ə yaxın əhali qalmışdı. Azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə məcbur idilər.İnsanlar qorxularından qaçmağa çalışır, canlarını qurtarmağa cəhd edirdilər. Şəhəri tərk edən əhali pusquya salındı və erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi də dağlarda hərəkət edən zaman donvurma nəticəsində həyatlarını itirdilər. Yalnız çox az əhali Azərbaycan nəzarətində olan Ağdam şəhərinə çatmağa müvəffəq oldular.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir:"Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Güclü olmaq birlikdən irəli gəlir. Əgər birlik varsa ,onda gücdən söz açmaq olar. Özü də bu güc bir xalqın, millətin işğal altında olan torpaqlarını azad etmək uğrunda bir yumruq kimi birləşən insanların birliyidirsə, onda bu birliyin qarşısında heç nə dura bilməz. Vətəni uğrunda birləşən xalqımızı heç nə sarsıda bilmədiyi kimi. İlk vaxtlar hər birimizdə qorxu, təşviş yaradan bu hadisə sonradan bizim qurur mənbəyimizə çevrildi.Hər gün aldığımız yaxşı xəbərlər bizi daha da ruhlandırırdı.Hər zaman ordumuzun bir gün tamamilə torpaqlarımızı azad edəcəyinə inanırdıq. Bu inam bizi güclü və səbrli olmağa səsləyirdi.
Xocalı faciəsi heç də təsadüfi hadisə deyil. Xocalı faciəsini törətmədə əsas məqsəd olaraq ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.Ancaq nə qədər etsələr də öz mənfur məqsədlərinə çata bilmədilər.
Güclü olmaq birlikdən irəli gəlir. Əgər birlik varsa ,onda gücdən söz açmaq olar. Özü də bu güc bir xalqın, millətin işğal altında olan torpaqlarını azad etmək uğrunda bir yumruq kimi birləşən insanların birliyidirsə, onda bu birliyin qarşısında heç nə dura bilməz. Vətəni uğrunda birləşən xalqımızı heç nə sarsıda bilmədiyi kimi. İlk vaxtlar hər birimizdə qorxu, təşviş yaradan bu hadisə sonradan bizim qurur mənbəyimizə çevrildi.Hər gün aldığımız yaxşı xəbərlər bizi daha da ruhlandırırdı.Hər zaman ordumuzun bir gün tamamilə torpaqlarımızı azad edəcəyinə inanırdıq. Bu inam bizi güclü və səbrli olmağa səsləyirdi. İnamımız sayəsində istədiyimiz nəticəyə nail ola bildik.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.Bizə bu qələbəni yaşadan şəhidlərimizə Allah rəhmət etsin.
Mamedova Fəridə
Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
31-10-2024