Mobil versiya
Pərviz Şahbazov: 2027-ci ilə qədər BTC ilə Qazaxıstan neftinin tranzit həcmi 7 milyon tona qədər artırıla bilər
Tarix: 14-10-2025 | Saat: 12:41
Bölmə:Gündəm / İqtisadiyyat | çapa göndər

Pərviz Şahbazov: 2027-ci ilə qədər BTC ilə Qazaxıstan neftinin tranzit həcmi 7 milyon tona qədər artırıla bilər

2027-ci ilə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarına çıxarılan Qazaxıstan neftinin həcminin ildə 7 milyon tona qədər artırılması və gələcəkdə qarşılıqlı faydalı şərtlərlə daha çox artım planlaşdırılır.

Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclasında bildirib.

Nazir qeyd edib ki, 2023-cü ildən bu günə qədər BTC kəməri ilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql edilib: "Enerji sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "KazMunayQaz" arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə əməkdaşlıq uğurla inkişaf edir".

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışı 2006-cı il iyulun 13-də baş tutub. Onun uzunluğu 1 768 km təşkil edir: 443 km Azərbaycan, 249 km Gürcüstan, 1 076 km Türkiyə ərazisindən keçir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2025