Mobil versiya
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər ediblər -Fotolar
Tarix: 14-10-2025 | Saat: 16:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər ediblər

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Pakistanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş oktyabrın 14-də Lahor şəhərinə gediblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Spiker Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyətini Lahor şəhərinin Əllamə İqbal Beynəlxalq hava limanında Pakistanın Pəncab Əyalət Məclisinin sədri Malik Əhməd Xan, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətləri Lahor şəhərində əvvəlcə Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər. Məqbərənin önünə əklil qoyan spikerlər xatirə kitabını imzalayıblar.

Sonra Badşahi məscidinə baş çəkən qonaqlar, burada Pakistanın tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.

Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2025