Azər Badamov: "Trampın təşəbbüsü ilə paraflanmış sülh müqaviləsinin müəllifi də İlham Əliyevdir"
Tarix: 14-10-2025 | Saat: 17:10
Bölmə:Siyasət | çapa göndər

“Ölkələrin ərazisinin böyüklüyü, əhalinin çoxluğu heç də nüfuzlu olmasını şərtləndirmir. Lideri güclü olanda ölkə beynəlxalq arenada daha güclü və nüfuzlu olur. Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Samitində iştirakı çox əhəmiyyətli idi”.
Bu sözləri mətbuata açıqlamasında deputat Azər Badamov Prezident İlham Əliyevin Misirdə Sülh Sammitində iştirakını şərh edərkən deyib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin diplomatik gücü və qlobal nüfuzu nəticəsində Azərbaycan Yaxın Şərqdə baş verən proseslərin mühüm iştirakçısına çevrilib:
“İlham Əliyev uzun sürən bir münaqişəni dayandıraraq sülh gündəliyi ilə çıxış edib. İşğaldan azad olunmuş ərazilərdə yenidən qurma və bərpa işlərini apararaq keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq təcrübəsinə malik nümunəvi ölkədir. Qəzza müharibə nəticəsində yerlə yeksan olunub və insanların öz doğma yurdlarına qayıtması prosesi həyata keçirlməlidir. Bu proseslərdə beynəlxalq səylər olmalı və müharibə nəticəsində faciələrə məruz qalmış insanların öz həyatlarına davam etdirilməsi məsələsində beynəlxalq həmrəyliyin nümayişi vacibdir. Qəzzaya humanitar yardımların göndərilməsi, təhlükəsizliyin təmin edilməsi prosesləri də vacibdir. Azərbaycan beynəlxalq ictimaiyyətin tərkibində bu proseslərə öz təcrübəsini bölüşməklə töhfəsini verə bilər.
A. Badamov bildirib ki, Trampın Yaxın Şərq Sülh Samitində İlham Əliyevə göstərdiyi hörmət və onun güclü liderliyini vurğulaması, onun dövlət başçımıza olan xüsusi münasibətinin bariz göstəricisidir:
“Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən diplomatiyası, regionda yaratdığı reallıqlarla dünyanın ən böyük güc mərkəzi olan ölkələr tərəfindən hörmətlə yanaşılan tərəfdaşa çevrilmişdir. ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə xüsusi münasibətinin olduğunu beynəlxalq tədbirlərdə açıq şəkildə görmək olur. Yaxın Şərq Sülh Sammitində Donald Trampın Prezident İlham Əliyevi böyük hörmətlə qarşılaması, çıxışı zamanı dövlət başçımıza tərəf çevrilərək, “O, çox güclü liderdir, işini çox yaxşı görür” deməsi dövlət başçımıza olan xüsusi hörmətdən irəli gəlir. İlham Əliyev son 80 illik dünya tarixində 30 illik bir münaqişəni sonlandırmaqla yenilik yarada bilmişdir. 2020-ci ildə torpaqlarında 30-illik işğala son qoydurması və 20 sentyabr 2023-cü ildə bütün ərazilərdə suverənliyin bərpası heç kimin dəstəyi olmadan, ancaq apardığı düzgün siyasətlə nail olunmuşdur”.
Deputat bildirib ki, Trampın təşəbbüsü ilə paraflanmış sülh müqaviləsinin müəllifi Prezident İlham Əliyevdir, buna görə də ABŞ Prezidenti onu güclü lider kimi qiymətləndirir:
“Biz dünyada baş verən münaqişələrin dayandırlmasına baxanda görürük ki, münaqişdə olan tərəflərin özünün cəhdləri ilə heç bir müharibə dayanmır. Belə ki, Hindistanla Pakistan arasında və indi də İsraillə HƏMAS arasında atəşkəsin əldə olunması bir başa beynəlxalq cəhdlərin sayəsində nail olunur. Amma Azərbaycan heç bir kənar təşəbbüs olmadan regionun sülh gündəliyini yaratdı və həmin sülh gündəliyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul etdirməyinə nail oldu. O cümlədən Trampın təşəbbüsü ilə paraflanmış sülh müqaviləsinin müəllifi də Prezident İlham Əliyevdir. Ona görə də ABŞ prezidenti cənab İlham Əliyevlə bağlı güclü lider və işini çox yaxşı görür sözləri ilə ifadə edir”.
Cəmilə Cəfərzadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-10-2025