Mobil versiya
Münxen Təhlükəsizlik Konfransı ölkəmizin növbəti diplomatik uğuru oldu
Tarix: 21-02-2023 | Saat: 10:11
Bölmə:Özəl | çapa göndər

Münxen Təhlükəsizlik Konfransı ölkəmizin növbəti diplomatik uğuru oldu

Dünyanın ən aparıcı forumu sayılan Münxen Təhlükəsizlik Konfransı hər ilin fevral ayında təşkil edilir. Konfrans beynəlxalq təhlükəsizlik, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma hesab edilir. Burada başlıca missiya dövlət və hökümət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqdan ibarətdir. Eyni zamanda qarşılıqlı etimad formalaşdırmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək kimi vacib məsələlər də Münxen Konfransında müzakirə edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qatıldığı bu ilki Konfransda 800 nəfərdən çox iştirakçı dəvət olunub. Həmçinin Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edir. Azərbaycan Münxen Təhlükəsizlik Konfransının aktiv iştirakçılarından biridir. Münxen Konfransı Azərbaycanın mövqeyinin, milli maraqlarının təbliği və tanıdılması baxımından vacib platformadır. Ölkəmiz Münxen Konfransının illik görüşlərində də müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal təmsil olunur. Sözsüz ki, bu ilki Münhen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti cənab İlham Əliyevin olması ölkəmiz üçün olduqca böyük əhəmiyyətə malikdir.
Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu. Azərbaycan Prezidenti Qafqazda sülhün və sabitliyin bərqərar olması, həmçinin, dövlətimizin milli maraqlarının təmin olunması istiqamətində bütün imkanlardan ən yüksək səviyyədə istifadə edir. Bu Konfransda Azərbaycan Prezidentinin iştirakı ölkəmizin tək iqtisadi baxımdan deyil, həm də siyasi cəhətdən beynəlxalq arenada ciddi söz sahibi olduğunun təzahürü kimi xarakterizə edilir. Cənab Prezident İlham Əliyevin dediyi kimi bu tarixi görüşdür. Çünki ilk dəfədir ki, Cənubi Qafqazın üç ölkəsinin lideri ilk dəfədir ki, görüşür. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi. Cənab Prezident plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. Cənab Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bu dəfəki açıqlamaları ilə onlara yaxşı bir diplomatiya dərsi verdi. Ən maraqlı məqamlardan biri də bu idi ki, dövlətimizin başçısı birbaşa ad çəkmədən dəqiq məntiqi ardıcıllıqla bəzi faktları xatırladaraq qərbdəkilərin "kiçik bacı"larının Rusiyadan heç nə ilə fərqlənmədiyini qeyd etdi.
Bütövlükdə, Münxen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın növbəti diplomatik uğuru oldu. Əslində isə reallıq ondan ibarətdir ki, Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb. Ermənilər təkcə məscidləri deyil, alban kilsələrini də vəhşicəsinə dağıdıblar. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan məscidini təmir edərək dünyaya fars məscidi kimi təqdim etməyə çalışıb. Bakının mərkəzində isə bu gün erməni kilsəsi Azərbaycan dövləti tərəfindən içərisində 5000 ədəbiyyatla mühafizə olunur. Paşinyan nə deməyindən asılı olmayaraq reallıq bundan ibarətdir. Yekunda qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi. Heç şübhəsiz ki, konfransda bərqərar olan diplomatik üstünlüyümüz Azərbaycanın mövqeyini daha da gücləndirəcək və növbəti uğurlarımız üçün vəsilə olacaq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə