Mobil versiya
Erməni hərbçilər qar uçqununa düşüblər: Ölənlər var
Tarix: 20-02-2023 | Saat: 10:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Erməni hərbçilər qar uçqununa düşüblər:

Qar uçqunu nəticəsində iki erməni hərbçi həyatını itirib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığında baş verib.

Belə ki, içərisində Ermənistan ordusunun hərbçilərinin olduğu UAZ markalı avtomobil qar uçqunu nəticəsində dərəyə yuvarlanıb.

İnsident nəticəsində iki erməni hərbçi ölüb, ikisi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sünikdəki hərbi hospitallardan birinə yerləşdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024