Gənclərdə özünə inam, peşə seçimi
Tarix: 19-02-2023 | Saat: 15:25
Bölmə:Özəl | çapa göndər
“Biz əslində kim olduğumuzu bilirik,nə edəcəyimizi bilmirik” Şekspir
Günümüzün aktual problemlərindən biri də peşə seçimidir. Belə ki, cəmiyyətimizdə düzgün mövqedə olmayan insanlar saysız-hesabsızdır. Gənclərin həyatının ən məsuliyyətli qərarlarından biridir peşə seçimi. Bu elə bir qərardır ki, bu məqamda həm rasional, həm də emosional zəkamız vəhdət təşkil etməlidir. Peşəsini seçən gənc ilk öncə özünü dərk etməlidir. Öz arzularını potensialının daxilində üzə çıxarmalıdır. Sevgisiz potensial, potensialsız isə sevgi peşə seçiminə yansımamalıdır. İcra etmə bacarığın, potensialın olan ixtisası seç, amma özünü o peşədə tap. Unutmayaq, bu həyatda xoşbəxt olmaq istəyirsənsə, bu 3 şeyi etməyəcəksən:
1.Sevmədiyin insanla ailə qurmaq
2. Sevmədiyin şəhərdə yaşamaq
3.Sevmədiyin peşədə çalışmaq
Bunun üçün valideynlər, yaxın ətraf gənclərə seçim azadlığı tanımalıdır. Nə qədər ki, rəssam olmaq istəyən gənci həkim, bənna olmaq istəyən gənci polis, musiqiçi olmaq istəyən gənci müəllim edəcəyik, bir o qədər də xəstələrin, qanun pozuntularının, savadsızların sayı artacaq.
Övladlarımıza şərəf tablosu kimi baxmağı, onların həyatını öz həyatımızın davamı kimi düşünməyi dayandıraq. Nə çox eşidirik, “mən edə bilmədim,sən et”, “mən vəkil ola bilmədim, sən ol, arzumu reallaşdır”, qonşunun övladı həkimdir, mənim də övladım olsun”, “universitet oxu,diplom al, filankəs görsün, qibtə etsin”....
Unutmayaq qonşu sən haqda maksimum 10 dəqiqə danışacaq, valideynin sənin peşən haqda ən çoxu 1 il danışacaq, amma sən o həyatı bir ömür yaşayacaqsan.
Riyaziyyatı bilməyən uşağa savadsız demək, rəsm çəkə bilməyənə bacarıqsız demək dəvəni uça bilmədiyi üçün, ilanı qaça bilmədiyi üçün tənqid etmək kimidir. Bu tənqidlər əsl bacarıqları da boğur. Çünki riyaziyyatı bilməyən gözəl şeirlər yaza bilər, rəsm çəkə bilməyən gözəl mahnı oxuya bilər və s. Hər kəsin daxilində bir bacarıq mütləq ki, var. Bizim işimiz o bacarığı üzə çıxarmaq və düzgün istifadə etməkdir. Linda Mulleli Hantın müəllifi olduğu “Ağacdakı balıq” kitabında gözəl bir fikir ifadə olunub: “Hamının fərqli bacarığı, qabilliyyəti var. Amma sən balığı ağaca dırmaşa bilmədiyinə görə mühakimə etsən, balıq həyatı boyu özünün axmaq olduğuna inanacaq”.
Bəli, fikirlərimin yekunu olaraq qeyd etmək istəyirəm ki, daim içinizdəki işığın axtarışında olun. Bu işığı tapın və ömrünüzün mühüm hissəsini təşkil edən peşənizə yansıdın. Sadəcə çox gəlir əldə etmək xatirinə yox, həmçinin peşənizi sevmək, o peşədə özünüzü tapmaq üçün çalışın. Unutmayın, pul gücdür, sevgi isə xoşbəxtlik. Siz çalışın güclü və xoşbəxt olun...
Elşanə Hüseynli,
ÜMUMGƏNCLƏR ictimai birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024