Mobil versiya
Türkiyədə zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub - RƏSMİ
Tarix: 15-02-2023 | Saat: 12:13
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyədə zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub -

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.

Bu barədə aia.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.

"Həlak olmuş vətəndaşlarımızın cənazələrinin fevralın 16-da Azərbaycana gətirilməsi nəzərdə tutulur. Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024