Mobil versiya
Zaxarova Moldova Prezidentinin iddialarını əsassız adlandırdı
Tarix: 14-02-2023 | Saat: 12:18
Bölmə:Dünya / Karusel | çapa göndər

Zaxarova Moldova Prezidentinin iddialarını əsassız adlandırdı

"Ukrayna Moldovanı Rusiya ilə sərt qarşıdurmaya cəlb etməyə çalışır"

aia.az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova Prezidentinin "Rusiya Moldovada dövlət çevrilişi planlaşdırır" bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür iddialar tamamilə əsassız və sübutsuzdur. Onlar ABŞ, digər Qərb ölkələri və Ukrayna tərəfindən tez-tez istifadə olunan klassik texnikalar ruhunda qurulur. Əvvəlcə yoxlanılması mümkün olmayan gizli kəşfiyyat məlumatlarına istinad edərək ittiham edirlər, sonra isə öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edirlər. Aydındır ki, “Rusiyanın Moldovada sabitliyi pozmaq planı” ilə bağlı dezinformasiyaya başlayan Kiyevin əsl məqsədi Kişinyovu Rusiya ilə sərt qarşıdurmaya çəkməkdir.

Zaxarova onu da əlavə edib ki, Moldovanın özündə çoxları ölkə prezidentinin bəyanatını etimadsızlıq və çaşqınlıqla qarşılayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025