Mobil versiya
Türkiyədə rusiyalı və ukraynalı futbolçular arasında kütləvi dava olub
Tarix: 14-02-2023 | Saat: 11:36
Bölmə:Dünya | çapa göndər

Türkiyədə rusiyalı və ukraynalı futbolçular arasında kütləvi dava olub

Türkiyənin “Royal Seginus” hotelində Ukraynanın “Minay” və Yaroslavlın “Şinnik” komandalarının futbolçuları arasında dava düşüb.

İlkin məlumata görə, hadisə fevralın 13-də baş verib. “Minay” klubunun bir neçə nümayəndəsi Yaroslavlın “Şinnik” komandasının rəhbərinə yaxınlaşıb və ondan Ukrayna himninin oxunmasını tələb ediblər. Buna cavab olaraq o, çölə çıxmağı təklif edib. Hotel işçiləri mübahisəyə vaxtında müdaxilə edib və bu da davanın böyüməsinin qarşısını alıb.

Lakin bir müddət sonra bir neçə ukraynalı futbolçu rusiyalı idmançı ilə liftdə qarşılaşıblar və onu döyüblər. Liftin qapıları açıldığı zaman orada bir qrup rusiyalı futbolçu olub və bundan sonra onlar arasında kütləvi dava düşüb.

Nəticədə hotelə polis və təcili yardım gəlib. Futbolçular arasında toqquşmalar davam edir. Hadisə yerində iki polis və əlavə mühafizəçilər keşik çəkir. Hoteldən dava ilə bağlı məlumatı təsdiqləyiblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025