“Sumqayıt Tibb Mərkəzi”ndə əməliyyat, ardınca yoxlamalar – Nə baş verir?
Tarix: 07-02-2023 | Saat: 12:42
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə ardıcıl yoxlamalar aparılır. Məlumata görə bir müddət əvvəl başlayan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatına Hesablama Palatası da müvafiq yoxlamaları ilə qoşulub. Və hazırda da yoxlamalar davam edir. Korrupsiya əməliyyatının ardınca davam edən büdcə yoxlamaları məsələnin kifayət qədər ciddi olduğunu, böyük məbləğlərin müzakirə mövzusuna çevrildiyi ehtimalını doğurur.
Bu istiqamətdə Yenixeber.org- a ilginc məlumatlar daxil olub... Məlumatlarda dövlət satınalmaları adı ilə büdcə vəsaitinin xərclənməsindəki və səhiyyə ocaqlarında dərman və ləvazimatların təminatında ciddi qüsurlara yol verilməsindən bəhs olunur. (Yeri gəlmişkən “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin müxtəlif tenderləri ilə bağlı dövrü mətbuatda tənqidi ruhlu yazılar dərc olunub.)
Maraqlıdır ki, bu əməliyyat və yoxlamalarla bağlı rəsmi məlumat yayılmır(?) Yalnız dünən “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıxova mövzu ilə mediaya qısa açıqlama verib. Səkinə xanım həm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməlliyat keçirməsini, həm də Hesablama Palatasının yoxlama aparmasını etiraf edib. Lakin korrupsiya əməliyyatının şəxslə bağlı olduğunu və idarəyə aidiyyatı olmadığını da bildirib. (Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/xeberler/146099-korrupsiya-i%CC%87dar%C9%99si-sumqay%C4%B1t-tibb-m%C9%99rk%C9%99zind%C9%99-%C9%99m%C9%99liyyat-ke%C3%A7irib.html)
Biz mövzu ilə bağlı “Sumqayıt Tibb Mərkəzi”, eləcə də şəxsən Səkinə xanımla telefon əlaqəsi yaratmağa cəhd etsək də, çabalarımız nəticəsiz oldu. Hesablama Palatasından isə yalnız rəsmi sorğu olarsa, cavab verə biləcəklərini bildirdilər(?)
Mövzunun davamı olacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024