Mobil versiya
Rusiya Türkiyəyə səhra xəstəxanası göndərib
Tarix: 07-02-2023 | Saat: 10:06
Bölmə:Dünya | çapa göndər

Rusiya Türkiyəyə səhra xəstəxanası göndərib

Türkiyənin bir çox vilayətində can və mal itkisi ilə nəticələnən Kahramanmaraş mərkəzli zəlzələdən sonra Rusiyadan Türkiyəyə dəstək qrupları göndərilməyə davam edir.

aia.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi gündüz saatlarında göndərilən axtarış-xilasetmə qruplarına əlavə olaraq axşam saatlarında yeni qrupların yola düşdüyünü açıqlayıb.

Nazirlik, "Fəlakət bölgəsində zəlzələdən zərərçəkənlərə birbaşa yardım göstərmək üçün hava yolu ilə daşına bilən səhra xəstəxanası Türkiyəyə göndərilib. 40-dan çox xəstəxanada çalışan mütəxəssislər ixtisaslı tibbi yardım göstərəcəklər”, - deyə bildirib.

Nazirlik humanitar yardım materiallarının, eləcə də xilasetmə qruplarının Türkiyə ilə yanaşı Suriyaya da göndərildiyini açıqlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024