Mobil versiya
Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
Tarix: 02-02-2023 | Saat: 09:52
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı

"Türkiyə istehsalı olan TOGG elektromobilinin ikinci seriya nüsxəsi Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təhvil veriləcək".

aia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində deyib.

TOGG-nin ilk seriya nüsxəsinin Türkiyə prezidentinə təhvil veriləcəyi bildirilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 29-da ölkənin qərbində Bursa vilayətində (Gemlik rayonu) zavodda ilk türk elektromobilinin konveyerdən buraxılması mərasimində iştirak edib.TOGG elektrik avtomobili 2019-cu ildə təqdim edilib. Ən populyar yolsuzluq avtomobili seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında baş tutub, o, 100 km/saata 4,8 saniyəyə sürətlənib. İstehsalçıların fikrincə, elektromobilin 80% enerji ilə doldurulması 30 dəqiqə çəkəcək, məsafə 500 km olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024