Mobil versiya
Pakistanda məsciddə baş verən partlayışın TƏFƏRRÜATI
Tarix: 31-01-2023 | Saat: 09:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Pakistanda məsciddə baş verən partlayışın

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Daha 150 nəfərin yaralandığı qeyd edilir.

Bundan əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi.

Milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, kamikadze polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Partlayış zamanı məsciddə 500-ə qədər adamın olması istisna edilmir.

Hücuma görə məsuliyyəti “Tehreek-e-Taliban Pakistan” təşkilatı öz üzərinə götürüb.

ai.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024