Mobil versiya
Koronavirus: Ölüm halları yenidən artır
Tarix: 25-01-2023 | Saat: 13:30
Bölmə:Səhiyyə | çapa göndər

Koronavirus:

"Son səkkiz həftə ərzində koronavirusdan 170 mindən çox insan həyatdan köçüb".

aia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, ötən il dekabrın əvvəlindən bəri COVID-19-a yoluxmaların rəsmi təsdiqlənmiş sayı artır.

Baş direktor ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan olunduqdan təqribən üç il sonra təşkilatın ekspertlərinin bu həftə yenidən toplaşacağını diqqətə çatdırıb: "Hazırkı vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmaması müzakirə ediləcək".

“Mən Fövqəladə Hallar Komitəsinin tövsiyələrini qabaqlamayacağam. Mən ölüm hallarının sayının artmasından əvvəlki kimi çox narahatam" deyən ÜST-ün baş direktoru qeyd edib ki, üç il əvvəlki, pandemiyanın başlandığı vaxtla müqayisədə bizim yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, səhiyyə sistemi yenidən gərginlik keçirir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024