Azərbaycanda investisiya mühiti çox müsbətdir
Tarix: 21-01-2023 | Saat: 12:26
Bölmə:Özəl | çapa göndər
“Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir”
Hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biri investisiya axınlarıdır. Azərbaycanda da son dövrlər biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu addımların nəticəsi kimi Azərbaycan iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb, “Doing Business 2020” hesabatında isə Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. İqtisadçıların fikrincə “Doing Business” hesabatı ölkəyə xarici investor cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizin apardığı islahatlara görə öndə olması xarici investorların diqqətini artıra bilər.
Azərbaycanın “Qlobal Rəqabətlilik Hesabatı”nda irəliləməsi də mütəxəssislər tərəfindən ölkəyə xarici investisiyaların cəlb etmək istiqamətində aparılan islahatların nəticəsi olaraq böyük nailiyyət kimi qiymətləndirilir. Belə ki, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb. “Qlobal Rəqabətlilik İndeksi” dünyada ölkələrin böhranlara dözümünü və digər ölkələrlə rəqabətlilikdə hansı çağırışlara cavab verə bilməsini göstərən mühüm göstəricidir. Bu göstərici ölkə iqtisadiyyatının sabitliyini, gələcəyə baxışını, tətbiq edilə biləcək yenilikləri, eyni zamanda inkişaf istiqamətlərini göstərir.
Bunun nəticəsi olaraq 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə yatırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qeyd edib ki: "Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir".
Qarayev Qulam,
ADPU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024