Novruzəli Aslanov: “Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəridir”
Tarix: 15-10-2025 | Saat: 17:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkiləri Azərbaycan xalqının və dövlətçiliyimizin milli mənafeləri baxımından 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkiləri ilə eyni tarixi əhəmiyyətə malikdir. 22 il öncə Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə ilk növbədə ölkəmizi nicata aparan Heydər Əliyev siyasi kursuna səs verdi. Bu seçimi ilə Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi və ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. 2003-cü il oktyabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi. Ulu Öndər demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Ümummilli Liderimizin bu müdrik kəlamları 17 il sonra, 2020-ci ilin sentyabr-noyabr aylarında öz tarixi təsdiqini tapdı. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sarsılmaz birliyə gələrək 30 il davam edən işğala son qoydu, ölkənin ərazi bütövlüyünü təmin etdi. Bununla da xalqımızın və dövlətimizin qarşısında duran ən taleyüklü məsələ öz həllini tapdı. Xüsusi olaraq bir məqamı da vurğulamaq istədim ki, mən özüm 2003-cü ilin Prezident seçkiləri ilə bağlı gedən proseslərin ölkə ictimaiyyətinin bir təmsilçisi olaraq bilavasitə yaxından iştirakçısı olmuşam. Belə ki, mən həmin seçkilərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin Prezidentliyə namizəd kimi vəkillərindən biri idim. Ümummilli Liderimizin öz namizədliyini geri götürdükdən sonra isə, biz də artıq komanda olaraq Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin vəkilləri olduq. Bu gün mən sonsuz qürur və fəxarət hissi yaşayıram ki, 22 il bundan öncə seçki kampaniyasında vəkili olduğum möhtərəm Prezidentimiz zamanı gəlincə Müzəffər sərkərdəyə, sözün əsl mənasında Azərbaycan xalqının tarix yazan qəhrəmanına çevrildi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Prezident İlham Əliyevin ötən illər ərzində ölkəmizdə həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistemin bərqərar olduğunu vurğulayan deputat həmçinin qeyd edib ki, 2003-cü ilin 15 oktyabrından başlayaraq Azərbaycanda bütün sahələrdə dayanıqlı inkişafa nail olunması üçün məqsədyönlü addımlar atılıb və bu proses bu gün də davam edir: “Ölkə Prezidenti cənab İlham Əliyevin ilk gündən həyata keçirməyə başladığı siyasətin əsasında duran milli maraqların qorunması prinsipi dövlətin müstəqilliyinin və ideoloji dayaqlarının daha da möhkəmləndirilməsini, vətəndaş həmrəyliyinin bərqərar olmasını təmin etdi. Dövlət başçısı Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə Cənab Prezident intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. Həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində xarici islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozaraq, dövlət başçımız xalqı və ölkəni etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. Müsəlman şərqinin bir çox ölkələrində uğurla həyata keçirilən “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısı ustalıqla alındı. Ötən illər ərzində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda misilsiz nailiyyətlər əldə olundu. Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı olaraq gördüyü tədbirlər tezliklə öz nəticəsini verməyə başladı. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Qısa zaman ərzində ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olan Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olundu və onların icrasına başlandı. Nəticə olaraq bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ümumilikdə bu illər ərzində Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. İqtisadiyyatın sürətli inkişafı, Ölkə Prezidentinin təşəbbüsü ilə vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədilə qəbul olunmuş qanun layihələri, dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən irimiqyaslı sosial layihələr xalqın yaşayış səviyyəsinin yüksəlişini təmin etdi.”
Həmçinin deputat bildirib ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi beş il bundan əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbənin məntiqi davamıdır: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdi və 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına güclü zəmin yaratdı. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olaraq Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəri oldu. Azərbaycan bu tarixi Qələbələrə doğru 2003-cü ildən bəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gəlib və bundan sonra da xalqımızı irəlidə yeni, daha parlaq zəfərlər gözləyir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2025
15:22 Qələbənin FÜZULİ müjdəsi