Mobil versiya
DTX və DSX-dən əməliyyat - Saxlanılan var
Tarix: 15-10-2025 | Saat: 15:46
Bölmə:Karusel / Ölkə | çapa göndər

DTX və DSX-dən əməliyyat -

İrandan Azərbaycana 26 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə aia.az-a Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə məlumat daxil olub.

Məlumatda qeyd edilib ki, Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın İran dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 "Metadon" həbbləri aşkar edilərək götürülüb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2025