Mobil versiya
Şəhid Əkbər Hüseynlinin doğum günü qeyd olunub -Fotolar
Tarix: 15-10-2025 | Saat: 15:40
Bölmə:Özəl | çapa göndər

Şəhid Əkbər Hüseynlinin doğum günü qeyd olunub

aia.az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsi şəhidi, UNEC nəzdində Sosial-İqtisadi Kollecin tələbəsi olmuş Əkbər Azər oğlu Hüseynlinin doğum günü qeyd edilib.

Anım mərasimi Cəlilabad rayonunun Alar kəndində keçirilib. Tədbirdə UNEC nəzdində Sosial-İqtisadi Kollecin müəllim heyəti, şəhidin ailə üzvləri, yaxınları və kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Vətən uğrunda qəhrəmancasına şəhid olmuş Əkbər Hüseynlinin həyat və döyüş yolundan danışıb, onun gənclər üçün örnək bir qəhrəman olduğunu vurğulayıblar.
Mərasimin sonunda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, evdə yaradılmış ev muzeyi ziyarət edilib və xatirəsi böyük ehtiramla yad edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2025