Füzuli bu gün öz tarixinin ən parlaq, ən qürurlu dövrlərini yaşayır
Tarix: 15-10-2025 | Saat: 14:13
Bölmə:Siyasət | çapa göndər

Xalqımız bu il oktyabrın 17-də Füzuli rayonunun işğaldan azad edilməsinin beşinci ildönümünü böyük sevinclə qeyd edir. İşğaldan əvvəl rayonda 2 şəhər, 16 qəsəbə və 82 kənd mövcud idi. Füzuli təkcə iqtisadi və strateji deyil, həm də tarixi-dini abidələrlə zəngin bir diyar idi. 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Füzuli şəhəri də daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsini işğaldan azad etdi. Düşmənin uzun illər ərzində qurduğu istehkamlar və mütəxəssislərin “Füzulinin alınması aylarla vaxt aparacaq” kimi proqnozları Azərbaycan əsgərinin igidliyi qarşısında puç oldu. Ordumuz qısa müddətdə Füzuli əməliyyatını uğurla həyata keçirərək düşməni məğlub etdi.
Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin və eyni zamanda ən şərəfli səhifələrindən biridir. Düşmən 30 ilə yaxın bir müddətdə bu bölgədə möhkəm müdafiə xətti qurmuşdu, lakin qəhrəman əsgərlərimizin hücumu qarşısında tab gətirə bilmədi və sonda silahını yerə qoyaraq qaçmağa məcbur oldu. Bu qələbə Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Artıq hərbi mütəxəssislər də etiraf edirlər ki, Azərbaycan Ordusu yüksək döyüş bacarığına, müasir texnologiyalara və əzmkarlığa malik olan güclü bir ordudur.
Füzuli uğrunda döyüşlərdə iştirak etmiş hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 26-da imzaladığı sərəncamla “Füzulinin işğaldan azad olunmasına görə” medalı təsis olunmuş və 25 mindən artıq hərbi qulluqçu bu medalla təltif edilmişdir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız döyüş meydanında həm düşmənə, həm də dünyaya öz gücünü göstərdi. Bu gücün mənbəyi Azərbaycan xalqının iradəsi, vətənpərvərliyi və birliyidir. Qələbədən cəmi 6 gün sonra – 2020-ci il noyabrın 16-da cənab Prezident və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdilər. Füzuli şəhərində Azərbaycan bayrağının qaldırılması anı xalqımızın yaddaşına əbədi həkk olundu və bu hadisə müasir tariximizin ən şərəfli səhifələrindən birinə çevrildi.
Bu gün füzulilər və bütün Azərbaycan xalqı böyük qürur hissi yaşayır. Hər kəs torpaqlarımızın azadlığını təmin edən Qalib Ali Baş Komandan İlham Əliyevlə fəxr edir. Füzuli və digər azad edilmiş bölgələr bu gün öz tarixinin ən parlaq, ən qürurlu dövrlərini yaşayır.
Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər