Mobil versiya
“Siyasi partiyalar haqqında” yeni yaradılmış Qanun layihəsi partiyalar arasında yaranacaq sağlam rəqabətə öz töhvəsini verəcək.
Tarix: 19-01-2023 | Saat: 10:53
Bölmə:Özəl | çapa göndər

“Siyasi partiyalar haqqında” yeni yaradılmış Qanun layihəsi partiyalar arasında yaranacaq sağlam rəqabətə öz töhvəsini verəcək.

1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanda qısa bir zaman kəsiyində xeyli sayda siyasi partiya yaradıldı. Həmin dövrdə keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, respublikamızda yaranan partiyalar arasında da hakimiyyətə gəlmək üçün güclü rəqabət aparılırdı. Lakin Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası , bu çətin , ağır rəqabətdən qalib çıxaraq,rəqabətsiz partiya olduğunu bir daha sübut etdi. Respublikamızda 1992-ci ilin iyun ayında siyasi partiyalar haqqında sonuncu dəfə qanun qəbul edilmişdir. Təbii ki, o dövr üçün qəbul olunmuş qanun günün tələblərinə cavab vermirdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər. Ölkəmizdəki 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur. Qanun layihəsi hazırlanarkən həmin təkliflərə xüsusi diqqət yetirilmişdir. Artıq siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilmə zərurəti yaranmışdır. “Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları vardır. Bu məqamlar siyasi partiyaların fəaliyyətini tənzimləyir. Məsələn, Qanun layihəsində qeyd olunur ki, Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Xüsusi diqqət çəkən məqamlardan biri də siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququnun olmayacağıdır. 
Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
2020-ci ildə başlanan Vətən müharlbəsi zamanı respublikamızda fəaliyyət göstərən siyasi partiyaların bir neçəsi istisna olmaqla , mütləq əksəriyyəti cənab Prezidentin çağırışına səs verərək , birlik , həmrəylik, vıtınpərvərlik nümayiş etdirdilər və bir araya gəldilər. Təbii ki, 44 günlük müharibədə bu birlik öz bəhrəsini verdi, qalibiyyətimizə müsbət təsirini gıstərdi.
Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Siyasi partiyalar haqqında” qanun cəmiyyətimizdə mövcud olan siyasi partiyaların xalqa xidmət etmək istiqamətində aparacaqları sağlam rəqabətə səbəb olacaq. Heç şübhəsiz ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası siyasi arenada həmişə rəqabətsiz partiya olduğunu sübut edərək, nəinki Azərbaycanda , hətta Cənubi Qafqazda öz reytinqini qoruyub saxlayacaqdır.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024