Mobil versiya
Təbii qaz ixracımız artır
Tarix: 18-01-2023 | Saat: 11:45
Bölmə:Özəl | çapa göndər

Təbii qaz ixracımız artır

Qaz ixracımız 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil;
Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və respublikamız müəyyən dövrlərdə Sovetlər İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar olaraq ölkəmiz mavi yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etmək zorunda qalmışdır. 90-cı illərdə respublikada hasil olunan (1998-ci ildə 5589,5 min m³) qaz onun ehtiyaclarından aşağı miqdarda idi. Yeni neft-qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın vaxtlarda bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi.
Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər respublikamızda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir. Son üç ilə Azərbaycanda müvafiq olaraq hər il dənizdə 5,6-5,9, quruda isə 0,2-0,3 mlrd. Kubmetr qaz hasil edilməkdədir. Azərbaycanda bu günə kimi 445,2 mlrd. Kubmetr qaz hasil edilmişdir ki, onun da 320,1 mlrd. Kubmetri dənizdə hasil olunmuşdur. İndi artıq dənizdə «Əsrin müqaviləsi» çərçivəsində qaz hasil edilməkdədir. Məlumatlara görə təkcə 1998-ci ildə Çıraq platformasından 200 milyon kubmetrdən çox qaz hasil edilmişdir. Axtarışlar nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda «Əşrəfi» və «Qarabağ» yataqlarında neft və qaz kondensat yataqları aşkar edilmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-cu il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2015-ci ilə kimi “Şahdəniz” yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir. Hazırda Xəzər hövzəsi regionunda qazın nəqli problemləri aktual xarakter almışdır. Bu baxımdan Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində bir çox şirkətlər maraq göstərirlər.
2005-2011-ci illərdə ARDNŞ və ümumi Azərbaycan üzrə təbii qaz hasilatı (mln. Kub metr)
Yanvar-sentyabr aylarında ölkədən 16 milyard 552,7 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən təbii qazın dəyəri isə 12 milyard 102,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ilin eyni aylarında Azərbaycandan 14 milyard 927,1 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 2 milyard 951,4 milyon dollar olub.

Rafiq Süleymanlı Namiq,
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024