Mobil versiya
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Tarix: 17-01-2023 | Saat: 17:07
Bölmə:Özəl | çapa göndər

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir.
Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.
Bəs bu mənada Partiya sədrlərini yeni qanundan nələr gözləyirlər?
Bu səbəbdən prosesdə daxilində bütün partiyalar iştirak edə bilər.
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət ediblər.
Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, parlamentin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunur.
Eyni zamanda siyasi partiya sədrləri öz təklif və iradlarınıda bildirmişlər.
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın “Siyasi partiyalar haqqında” qanun layihəsinə dair əsas irad və təklifləri açıqlayıb.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə seçkilərdə iştirakla bağlı maddənin dəyişməsini istəyib: “Çünki ola bilər ki, partiya seçkiyə qatılmaqla bağlı qərar qəbul etsin, ancaq Mərkəzi Seçki Komissiyası (MSK) partiya üzvünün namizədliyini qeydə almasın. Buna görə də bu məsələyə yenidən baxılmalıdır. Burada əsas şərt partiyanın seçkilərdə iştirakla bağlı qərarı olmalıdır. Parlamentdə təmsil olunmayan siyasi partiyalara dövlət dəstəyi məsələsinə də baxılmalıdır”. Ümumi aspektdən baxdığımız zaman bütün bunlar təkliflərdir və geniş müzakirələrdən sonra lazımi qərar veriləcəkdir. Hər halda, proses yeni başlayıb və ümid edirəm ki, maraqlı qanun layihəsini ərsəyə gətiriləcəkdir.

Özləm Əliyeva,
Nəsimi rayon sakini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024