Vaşinqton sazişi fonunda Azərbaycan–Avropa İttifaqı əlaqələrinin yeni mərhələsi başlayır - DEPUTAT
Tarix: 14-08-2025 | Saat: 14:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Məşhur Məmmədov,
Millət vəkili
Vaşinqtonda əldə olunan tarixi razılaşmadan sonra Cənubi Qafqazda tamamilə yeni reallıqlar formalaşmağa başladı. ABŞ Prezidentinin vasitəçiliyi ilə imzalanmış sənəd yalnız Azərbaycan və Ermənistan arasında sülhün bünövrəsini qoymadı, eyni zamanda bölgədə güc balansını da əsaslı şəkildə dəyişdi. Bu proseslər fonunda Azərbaycanın diplomatik və geosiyasi nüfuz dairəsi sürətlə genişlənir. Bakı artıq regional məsələlərin passiv iştirakçısı deyil, əksinə, proseslərin istiqamətini müəyyən edən aparıcı qüvvədir. İlham Əliyevin Vaşinqton görüşündə nümayiş etdirdiyi prinsipial mövqe və ardınca baş verən diplomatik telefon danışıqları, yüksək səviyyəli görüşlər Azərbaycanın həm region daxilində, həm də qlobal miqyasda artan nüfuzunun bariz göstəricisidir.
Bu gün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon zəngi həm regional geosiyasət, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu zəngin motivi Vaşinqtonda imzalanmış tarixi bəyannamə və paraflanmış sülh sazişidir ki, məhz Azərbaycan Prezidentinin iradəsi və təşəbbüskarlığı nəticəsində Cənubi Qafqazda yeni reallıqların təsdiqi kimi qiymətləndirilir.
Avropa İttifaqının da mövqeyi sülh və sabitliyə dəstək olub.
Antonio Koşta dövlət başçımıza ünvanladığı təbrikdə Vaşinqtonda əldə olunmuş razılaşmaların regionda davamlı sülh və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. Danışıqlar Aİ-nin Cənubi Qafqaz siyasətində yeni mərhələni göstərir. İndiyədək Avropa İttifaqı daha çox vasitəçi və müşahidəçi mövqeyində çıxış edirdisə, indi birbaşa olaraq əldə olunan sazişlərin icrasına dəstək verməyə hazır olduğunu bəyan edir. Bu, Azərbaycan diplomatiyasının Avropa İttifaqını prosesə tərəfdaş kimi cəlb etməsinin göstəricisidir.
Prezident İlham Əliyev telefon danışığında haqlı olaraq vurğulayıb ki, sülh gündəliyinin təşəbbüskarı və sülh müqaviləsinin mətninin müəllifi məhz Azərbaycandır. Bu fakt, Ermənistan tərəfindən uzun illər uzadılan danışıqların real nəticəyə gəlməsinin Azərbaycanın qətiyyətli mövqeyinin nəticəsi olduğunu sübut edir.
Dövlətimizin başçısı, həmçinin ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edərək, Vaşinqton bəyannaməsinin beynəlxalq dəstəklə möhkəmləndiyini diqqətə çatdırdı. Bu isə Azərbaycan diplomatiyasının həm regional, həm də qlobal güclərin maraqlarını balanslı şəkildə birləşdirə bildiyini göstərir.
Telefon söhbətində Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın əhəmiyyətinə toxunub. Bu, təkcə ölkədaxili inteqrasiya deyil, həm də regional logistik xəritənin dəyişdirilməsi deməkdir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan–Türkiyə birbaşa quru əlaqəsi yaradılır, Avropa–Asiya nəqliyyat xətti güclənir. Avropa İttifaqı üçün bu marşrut alternativ enerji və ticarət yolları baxımından mühüm əhəmiyyət kəsb edir.
Tərəflərin söhbətində may ayında Tiranada keçirilmiş “Avropa Siyasi Birliyi” Zirvə toplantısında Prezident İlham Əliyevin həm Antonio Koşta, həm də Ursula fon der Lyayen ilə görüşlərinin müsbət nəticələri də xatırlanıb. Bu xatırlatma Azərbaycanın Avropa siyasi gündəmində mühüm tərəfdaş statusunu möhkəmləndirdiyini göstərir. Xüsusilə enerji təhlükəsizliyi, alternativ marşrutlar, iqlim dəyişikliyi və bərpa olunan enerji sahələrində əməkdaşlıq gündəliyi daha da aktuallaşır.
Avqustun 14-də baş tutmuş telefon danışığı bir daha göstərdi ki, Azərbaycan diplomatiyası artıq yalnız regional çərçivədə deyil, həm də qlobal səviyyədə oyunçu mövqeyindədir. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan saziş Avropa İttifaqı tərəfindən dəstəklənir, bu isə regionda sabitliyin təmin olunmasına yönəlmiş beynəlxalq konsensusun formalaşdığını sübut edir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan sülh gündəliyinin müəllifi və regionun inkişaf xəritəsini müəyyən edən əsas güc kimi çıxış edir. Avropa İttifaqı ilə əlaqələrin yeni mərhələsi isə ölkəmizin həm siyasi, həm də iqtisadi baxımdan strateji mövqelərini daha da gücləndirəcəkdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2025