Mobil versiya
Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır
Tarix: 14-08-2025 | Saat: 17:09
Bölmə:Ölkə | çapa göndər

Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır

Bakı Dəmiryol Vağzalının parklanma xidməti metro şaxtasının tikintisinə görə müvəqqəti dayandırılır.

aia.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, “Bakı Metropoliteni” QSC uzunluğu 200 metrə yaxın tunelin inşasına hazırlıq işləri çərçivəsində “28 May” metro stansiyası ətrafında Bakı Dəmiryol Vağzalının yaxınlığında havalandırma şaxtasının tikintisinə başlayır. Tikinti meydançalarından biri Vağzalın Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində sərnişinlər üçün qarşılama və yola salma məqsədilə yenidən qurulmuş avtomobil parklanma sahəsində yerləşir.

Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi məqsədilə ərazi hasarlanacaq, parklanma xidməti müvəqqəti olaraq dayandırılacaq. Sərnişinlər vağzal ərazisinə parklanma sahəsindəki şlaqbaumun yuxarı hissəsindən və digər girişlər vasitəsilə daxil ola biləcəklər.

Tikinti işləri Bakı Dəmiryol Vağzalının fəaliyyətinə və ADY-nin qatarlarının qrafik üzrə hərəkətinə maneə yaratmayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2025