Mobil versiya
Tahir Budaqov Hicran Hüseynova ilə görüş keçirdi -Foto
Tarix: 14-08-2025 | Saat: 19:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tahir Budaqov Hicran Hüseynova ilə görüş keçirdi

Avqustun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Hicran Hüseynovanın 70 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edib. O, ölkəmizin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən və müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən Hicran Hüseynovanın öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini bildirib: “Təsadüfi deyil ki, Heydər Əliyev ideyalarına əsaslanan məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmağınız əməyinizə verilən yüksək qiymətin bariz nümunəsidir”.

Hicran Hüseynovanın hazırda Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlardan biri kimi milli-mənəvi dəyərlərin və dövlət maraqlarının qorunması istiqamətində fəal rol oynadığını qeyd edən Tahir Budaqov yubilyara möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayıb.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Hicran Hüseynova Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına hər zaman sadiq olduğunu və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunu daim dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin ölkəmizə mühüm nailiyyətlər qazandırdığını deyən H.Hüseynova əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib və bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini diqqətə çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2025