Mobil versiya
İspaniya və Yunanıstanda meşə yanğınları davam edir
Tarix: 14-08-2025 | Saat: 17:21
Bölmə:Dünya | çapa göndər

İspaniya və Yunanıstanda meşə yanğınları davam edir

Yunanıstan və İspaniyada baş verən böyük meşə yanğınları səbəbindən minlərlə sakin və turist təxliyə edilib.

aia.az İspaniya və Yunanıstanda meşə yanğınları davam edir xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Egey dənizində Yunanıstanın Saqqız adasının ucqar hissəsində meşə yanğını davam edir. Artıq sahil mühafizə gəmiləri insanları çimərliklərdən təxliyə edib.

Bundan başqa, Peloponnesin qərbində Patras və Xirochori şəhərləri yaxınlığında yanğınların söndürülməsinə mütəxəssislər cəlb olunub.

Afina və ətraf Attika bölgəsi də daxil olmaqla Yunanıstanın böyük hissəsinin də təhlükəli meşə yanğınları ilə üzləşəcəyi proqnozlaşdırılır.

Bundan əlavə, İspaniyada temperaturun +42 dərəcəyə yüksələcəyi gözlənilir. Yanğınlar səbəbindən ondan çox yol bağlanıb, Madrid-Qalisiya marşrutu üzrə sürətli qatarların hərəkəti dayandırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2025