Uğurlu enerji siyasəti, qətiyyətli mövqe Azərbaycanın mövqeyini gücləndirən başlıca amildir
Tarix: 17-01-2023 | Saat: 01:05
Bölmə:Özəl | çapa göndər
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cıənab Prezident İlham Əliyev tərıfindən uğurla davam və inkişaf etdirilən enerji siyasəti öz bəhrəsini verir. Son illər ərzində nəinki ölkəmizdə, regionda,
Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük layihələr imzalanmışdır.
Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.
Yerli tyeleviziyalara müsahibəsində cənab Prezident İlham Əliyev bu sahəyə aid sualları cavablandıraraq bildirmişdir ki, “Əlbəttə, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq. Nəzərə alırdıq ki, biz həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözləyirik. Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” (“deep gas”) hasilatına başlamağı planlaşdırırıq.”
Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yaranan enerji təhlükəsizliyi problemi diqqəti Azərbaycana cəlb etmişdir. Belə bir situasiyada Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət onu deməyə əsas verir ki, qarşılıqlı faydalı əməkdaşlıq, etibarlı tərəfdaşlıq Azərbaycanın mövqeyini möhkəmləndirməklə yanaşı, siyasi cəhətdən də bizə dividentlər qazandırır.
Sirr deyil ki, “Orta Dəhliz” yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Buna görə də, tarixi Böyük İpək Yolunun (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya) canlandırılmasına yönəlmiş “Orta Dəhlizi”in əhəmiyyəti artır. Xüsusilə də Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlərin yaranması bu dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Bu gün çoxlarını düşündürən Orta Dəhliz məsələsinə aydınlıq gətirən cənab Prezident müsahibəsində qeyd etmişdir ki, “Orta Dəhlizə gəldikdə isə, bu istiqamətdə də biz ardıcıl siyasət aparırıq. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Onu da bildirməliyəm ki, bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Çünki burada həm siyasi çətinliklər var idi, bəzi böyük Qərb ölkələri bu layihənin əleyhinə çıxış edirdilər və çox ciddi maneələr törədirdilər. Səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir.”
Layihənin relallaşması məsələsinə toxunan Ölkə başçısı qeyd etmişdir ki, bu məsələ 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Çünki layihənin reallaşması üçün ilk növbədə Azərbaycanın qərb rayonlarının, Naxçıvanla birbaşa əlaqələrinin yaradılması çox vacibdir. Düzdür, hazırda Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Lakin mövcud vəziyyət göstərir ki, Ermənistanın başqa çıxış yolu yoxdur və gec-tez bu layihə reallaşacaqdır. Çünki bunu zaman diqtə edir.
Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlərdən biri də tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış problemidir. Məlumdur ki, keçən əsrdə bir neçə dəfə deportasiyaya məruz qalmış soydaşlarımız öz ata-baba yurdlarına qayıtmaq həsrəti çəkir. Bu məqsədlə yaradılmış Qərbi Azərbaycan İcması müəyyən dərəcədə bu prosesin inkişafına təkan verməkdədir. İcmanın fəaliyyətinə dair sualları cavablandıran cənab Prezident bildirdi ki, öz doğma yurdlarına qayıtması bu gün əsas məsələlərdən biridir. “Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.”-deyən ölkə başçısının inamı, qətiyyəti göstərir ki onun bu sahədə gərgin əməyi də öz nəticəsini yaxın zamanda göstərəcəkdir.
Məlumdur ki bütün müharibələr sülhlə bitir. Lakin müharibədə qazanılmış qələbə diplomatik müstəvidə, yəni masa üzərində də möhkəmlənməlidir. Belə olduğu təqdirdə qələbənin mahiyyəti bir az da artmış olur. Bu mənada tarixi Zəfərdən sonra yaranan situasiya göstərdi ki. Diplomatik sahədə xeyli gərginlik qalır. Lakin Azərbaycanın mövqeyini qətiyyətlə masaya yatıran Müzəffər Ali Baş Komandan bu gərginlikləri aradan qaldırmağa qadir bir rəhbər olduğunu sübut etdi. Onun müsahibəsində qeyd etdiyi məqamlara nəzər saldıqda bu işin nə qədər çətin olduğu aydın görünür. Cənab Prezidentin “İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik” –deyə vurğulaması hər şeyi aydın göstərir. Uğurlu enerji siyasəti, qətiyyətli mövqe Azərbaycanın dünyada və regionda gücünü artıran, mövqeyini gücləndirən başlıca amildir və hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024