Mobil versiya
Rus ordusu Soledarda ağır zərbə aldı
Tarix: 13-01-2023 | Saat: 08:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Rus ordusu Soledarda ağır zərbə aldı

Son sutkada Soledar döyüşlərində 100-dən artıq rus əsgər məhv edilib.

aia.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Şərq qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy deyib.

“Düşmən Soledara əsas qüvvələrini cəmləşdirib. “Vaqner” də daxil olmaqla, Rusiyanın müxtəlif hərbi birlikləri şəhəri daimi atəş altında saxlayırlar. zərbələr endirirlər. Son sutkada şəhərə 91 artilleriya zərbəsi endirilib. Buna baxmayaraq, bizim hərbi birliklər düşmənin məhv edilməsi istiqamətində addımlar atır. Yalnız son sutkada 100-dən çox düşmən məhv edilib”, - o bildirib.

Onun sözlərinə görə, Baxmut istiqamətində də döyüşlər gedir, düşmən təşəbbüsü ələ almağa çalışır. Son sutkada o istiqamətdə 42 toqquşma baş verib, amma düşmən irəliləyə bilməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024