Mobil versiya
NATO ilə Aİ arasında bəyannamə imzalandı
Tarix: 10-01-2023 | Saat: 15:27
Bölmə:Dünya | çapa göndər

NATO ilə Aİ arasında bəyannamə imzalandı

Yanvarın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçüncü birgə əməkdaşlıq bəyannaməsini imzalayıblar.

aia.az xəbər verir ki, bu barədə Alyansın saytındakı press-relizdə deyilir.

İmzalanma mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında reallaşıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Stoltenberq təhlükəsizlik və sabitliyə töhfə verəcək yeni Aİ-NATO bəyannaməsinin imzalanmasının vaxtının çatdığını bildirmişdi. Birgə bəyannamənin 2021-ci ildə imzalanması nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024