Mobil versiya
100 minə yaxın toyuq məhv ediləcək - Quş qripi qayıdır
Tarix: 10-01-2023 | Saat: 15:17
Bölmə:Dünya | çapa göndər

100 minə yaxın toyuq məhv ediləcək -

Yaponiyanın Miyazaki prefekturasında yeni quş qripi epidemiyasının yayılması üzündən, təxminən, 100 min toyuğun məhvinə başlanılıb.

aia.az xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, ötən gün Kavaminami şəhərində yumurta istehsalı üzrə toyuq fermasının işçiləri ölü toyuqlar aşkar ediblər. Genetik analiz toyuqlar arasında quş qripinin yüksək patogenli ştamının yayıldığını təsdiqləyib.

Nəticədə fermanın ətrafında 3 kilometr radiusda toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib. Üstəlik, 10 kilometrlik zonadan toyuq və yumurta ixracı qadağan edilib.

Xatırladaq ki, bu mövsüm (son epidemiya da daxil olmaqla) Yaponiyada quş qripi səbəbindən 10 milyon toyuq öldürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024