Mobil versiya
ABŞ-ın birinci xanımı əməliyyat olunacaq
Tarix: 06-01-2023 | Saat: 10:00
Bölmə:Dünya | çapa göndər

ABŞ-ın birinci xanımı əməliyyat olunacaq

ABŞ-ın birinci xanımı Cil Bayden yanvarın 11-də sağ gözünün üstündəki yenitörəməni çıxarmaq üçün əməliyyat keçirəcək.

Mətbuat katibi Vanessa Valdiviyanın sözlərinə görə, yenitörəmə prezident həkimi Kevin O'Konnor tərəfindən Cil Baydenin xərçəng müayinəsi zamanı aşkar edilib.

Bununla bağlı prezidentin 71 yaşlı həyat yoldaşı səhhətinə görə bir müddət vəzifəsindən kənarlaşdırılacaq.

Jill Bayden dəri xərçənginin müalicəsində istifadə edilən bir əməliyyat növü olan Moos əməliyyatından keçəcək. Əməliyyat bütün xərçəng dəri hüceyrələrini çıxarmağa imkan verən, eyni zamanda sağlam toxumaları qoruyan xüsusi bir texnikaya uyğun olaraq həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024