Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur
Tarix: 30-12-2022 | Saat: 09:06
Bölmə:Özəl | çapa göndər
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasda 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qəbul edilmiş qərar milli həmrəyliyimizin uğurlu gələcəyini təmin etmiş tarixi bir təşəbbüs idi. Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasətinin təzahürü olan bu tarixi hadisə dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı xalqımızın birləşməsində və ideoloji birliyində mühüm rol oynamışdır.
Ulu öndərin milli qürur rəmzinə çevrilmiş “Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilməklə yanaşı eyni zamanda vətənə, xalqına bağlılığının sözlə ifadə olunmaz dərəcədə təcəssümü idi.
Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi ilə fəaliyyət göstərən türkdilli diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilən Birinci Forum onların həyatında mühüm hadisə olmaqla yanaşı, eyni zamanda Azərbaycan prezidenti cənab İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.
Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Bu illər ərzində Dünya Azərbaycanlılarının qurultayları hər beş ildən bir keçirilərək Azərbaycanın qazandığı uğurların, həqiqətlərimizin təbliğinə böyük töhfələr verdi.
Dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənərək 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında xüsusi yer tutdu. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Güclü, qüdrətli, qalib Azərbaycan dünya azərbaycanlılarının qürur mənbəyidir.
Nəsimi rayon 247 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi
İradə Nəbiyeva
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024