Mobil versiya
Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən əziyyət çəkir - RƏSMİ
Tarix: 08-12-2022 | Saat: 17:01
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən əziyyət çəkir -

"Azərbaycanda da artıq çəki kifayət qədər ciddi problemə çevrilir və bu, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Ölkədə 2 milyona yaxın insan bundan əziyyət çəkir ki, bu da əhalinin 20 %-ni təşkil edir (hər beş nəfərdən biri)".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Sağlam çəkiyə doğru" layihəsinin təqdimatında çıxışı zamanı deyib.

O xatırladıb ki, əgər 2020-ci ildə ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 250 min idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb:

"Nəzərə almaq lazımdır ki, bu say hələ qeydiyyatda olan xəstələrin sayıdır. Artıq çəkinin qarşısını almaq mümkündür".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024