Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən əziyyət çəkir -
Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən əziyyət çəkir -8-12-2022, 17:01. Yazar: sevinc1 |
"Azərbaycanda da artıq çəki kifayət qədər ciddi problemə çevrilir və bu, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Ölkədə 2 milyona yaxın insan bundan əziyyət çəkir ki, bu da əhalinin 20 %-ni təşkil edir (hər beş nəfərdən biri)". "Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Sağlam çəkiyə doğru" layihəsinin təqdimatında çıxışı zamanı deyib. O xatırladıb ki, əgər 2020-ci ildə ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 250 min idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb: "Nəzərə almaq lazımdır ki, bu say hələ qeydiyyatda olan xəstələrin sayıdır. Artıq çəkinin qarşısını almaq mümkündür". aia.az Geri dön |